Quba rayonunda bədbəxt hadisə baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verrir ki, hadisə Quba şəhərinin Gənclər küçəsi, mənzil 50 ünvanında qeydə alınıb. Ev sahibi 78 yaşlı Əlixanov Eynulla Niyətulla oğlu təbii qazla ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb. Zərərçəkənin qonşularının verdiyi məlumata görə, mətbəxdə qaz sobası açıq qalıb və içəri qaz dolub. E. Əlixanov sobanı yandıran zaman partlayış baş verib. E.Əlixanov yanıq xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralıya üzün, hər iki yuxarı ətrafın II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Tibb müəssisəsindən onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR