Prodüser Tamilla (Toma) müğənni Ramal İsrafilovla çalışması xəbərlərinə aydınlıq gətirib.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-a açıqlama verən Tamilla bunu təkzib edib:
"Ramalla bir layihəmiz var, onunla bağlı birgə işləyəcəyik. Amma mən onun prodüseri deyiləm. Ramaldan təklif gəlib. Layihə gerçəkləşəndən sonra birlikdə çalışıb, çalışmayacağımıza qərar verəcəm. Ümumiyyətlə, Günaydan (müğənni Günay İbrahimli - red.) ayrıldığım gecədən təkliflər gəlir. Aralarında tanınmış ifaçılar da, tanınmamışları da var. Bu dəfə təkliflərə tək qərar verməyəcəm, ətrafımdakılarla məsləhətləşəcəm. Mən bir insanla qısa işləməyi xoşlamıram. Uzunmüddətli işbirliyinin tərəfdarıyam. Bir xanım, bir də kişi ifaçı ilə çalışmaq istəyirəm".
Toma müğənnilərin etibarsızlıqlarından da danışıb:
"Nadir halda kimsə normal insan olaraq qalır. Ulduz həyatı insanları dəyişir. Hamı onları tanıyır, istər-istəməz ulduzlaşırlar. Məndə də bəzən səhvlər olub. Amma bu dəfə çalışdığım insanla başqa cür münasibət quracam. Yalnız onun iş prosesində yer alacam. Lap yaxınıma buraxmayacam. Biz Günayla 9 ay bir evdə yaşadıq. İşlə bağlı problemlərimiz olmayıb, nə deyirdimsə, tabe olurdu. Sadəcə, arada şəxsi söhbətlər oldu, elə yerə çatdı ki, işbirliyinə son qoyduq. Gərək dost münasibəti yox, iş prosesi qurasan".
Qeyd edək ki, Toma müğənni Elton Hüseynəliyevin keçmiş həyat yoldaşıdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL