Bu ilin ilk 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, onun 133-ü zorakılıqla bağlı olub.
Vizual.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2010-cu ildən başlayaraq, belə cinayətlərin dinamikasında azalma müşahidə edilir.
A.Adıgözəlov bildirib ki, əvvəlki illərdə uşaqlara qarşı törədilən zorakılıq cinayətləri müəyyən qədər məişət zəminində baş versə də, bu il zorakılıqla bağlı törədilən 133 cinayətin çox cüzi bir hissəsi- 7-si məişət zəminində olub:
"Azərbaycan ailələrində bəzi zorakılığa məruz qalan uşaqların nə özləri, nə də valideynləri hüquq-mühafizə orqanlarına müraciət edirlər. Bu da sonda böyük fəsadlara səbəb olur".
İdarə rəisi qeyd edib ki, bu ilin ilk 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb:
"Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda məsuliyyətsizliyi valideynlərdə görürəm"./Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL