Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. "Vətəninfo.az" “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib.
“Reuters” agentliyinin əməkdaşları Əbiyevin Olimpiadadan uzaqlaşdırılmasının səbəblərini dədiqləşdirib.
Məlum olub ki, Əbiyev yarış zamanı dəfələrlə Azərbaycan Boks Federasiyasının Olimpiadakı təmsilçiləri və bokçuları ilə ünsiyyətə cəhddə günahlandırılır. Qeyd edək ki, Ağacan Əbiyev həm də Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) texniki komitəsinin üzvüdür. Olimpiadada o, AİBA-nı təmsil etdiyinə görə, belə bir hüququ olmayıb. Nəticədə AİBA onu qurumun davranış kodeksini pozduğuna görə cəzalandırıb.
Bu arada Əbiyev AİBA təmsilçilərinin qaldığı oteldən də çıxarılıb. Bu barədə qərarı AİBA-nın prezidenti Çinq-Kuo Vu şəxsən verib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR