Ağalarov Rusiya hökumətini uddu

Ağalarov Rusiya hökumətini uddu

Azərbaycan əsilli milyarder Araz Ağalarovun şirkəti "Crocus Group” Rusiyanın Regional İnkişaf Nazirliyindən 1.1 milyard rubl alacaq.

Azvision.az `Vedomosti`yə istinadən xəbər verir ki, Doqquzuncu Arbitraj Məhkəməsi Moskva Arbitraj Məhkəməsinin qərarını dəyişməyib

Qeyd edək ki, Araz Ağalarov Regional iİkişaf Nazirliyindən 1.4 milyard rubl tələb etmişdi.

Ağalarovların sahibi olduğu "Crocus Group” şirkəti nazirliyin qismində Rusiya dövlətinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən şirkət Rusiya hökumətinin sifarişi ilə Uzaq Şərq Universiteti kompleksini inşa edərkən ayrılan vəsait işləri başa çatdırmağa kifayət etməyib və "Crocus Group” ziyana düşüb. İşə Moskvanın Arbitraj Məhkəməsi baxıb və Azərbaycan əsilli milyarderin lehinə qərar verib.

Vladivostok yaxınlığındakı Rus adasında inşa edilən nəhəng universitet kompleksi prezident Vladimir Putinin şəxsi nəzarətində olan layihə idi və bu kompleksin inşası Ağalarovun şirkətinə həvalə edilmişdi. Ümumi sahəsi 4 milyon kvadratmetr olan obyekt 2012-ci ildə istifadəyə verilib.

Tikintiyə büdcədən 2 milyard dollara yaxın vəsait sərf edilib. Buna baxmayaraq podratçı şirkət əlavə xərclərin meydana çıxması üzündən ziyana düşüb.

Ağalarov müsahibələrində dəfələrlə deyib ki, bu layihə onun şirkətinə heç bir mənfəət gətirməyib, əksinə, ziyanla başa gəlib. Rusiya hökuməti ziyanı kompensasiya etmək üçün "Crocus Group”a Rus adasında ərazi təklif etsə də iş adamı orada daşınmaz əmlak biznesinin kommersiya perspektivlərinin olmadığını görərək təklifi qəbul etməyib.

 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az