"Abdulhey" və "Çakır" eyni serialda
Rejissor Onur Tanın çəkdiyi "Eşkiya dünyaya hükümdar olmaz" serialına daha bir sürpriz ad qatılıb.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Türkiyə mediasına istinadən məlumatına görə, daha öncə "Kurtlar
Vadisi"ndə Abdulhey obrazını canlandıran Kənan Çoban yeni mövsümdə Raci
Şaşmazın prodüser olduğu serialda iştirak edəcək.
O, bundan əvvəl "Pana Film"in digər qısa ömürlü layihəsi "Bəyaz qərənfil"də rol almışdı.
Qeyd
edək ki, "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı Necati Şaşmazın
qardaşı olan R.Şaşmaz baş rollar üçün "Çakır" obrazı ilə tanınan Oktay
Kaynarca və Deniz Çakırla artıq çəkilişlərə başlayıb.