“ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur”
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
"ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur .Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur", - deyə Ə. Həsənov vurğulayıb.
Ə. Həsənovun sözlərinə görə, bu informasiya anti-Azərbaycan qüvvələri tərəfindən təxribat məqsədi ilə ortaya atılıb:
“Məqsəd Azərbaycan ictimaiyyətində ABŞ-a qarşı mənfi rəy formalaşdırmaq, ölkələr arasında münasibətlərə xələl gətirməkdir. Bu cür təxribat xarakterli xəbərlərin yayılmasının arxasında Amerika Erməni Milli Komitəsi və onların himayə etdiyi informasiya strukturları dayanır”.
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxararaq rəsmi Bakıya hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məsələ Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi Harvard Bermanın Konqresə göndərdiyi məktubdan sonra gündəmə gəlib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR