ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke Birləşmiş Ştatların tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, o, bu açıqlamanı Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə çıxarılmış hökmlə bağlı dekabrın 30-da keçirilmiş brifinqdə sualı cavablandıran zaman verib.
“Bu konkret məsələyə dair şərhimiz yoxdur, lakin biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik. Biz inanarıq ki, tərəflər prezidentlərin bu il keçirdiyi üç görüş nəticəsində yaranmış imkandan istifadə edib etibar və inamın yaradılması üçün tədbirlər görə bilər. Dövlət katibi Kerri Uelsdə prezidentləri bunu etməyə çağırıb. Onlar eyni zamanda münaqişənin dinc yolla və davamlı həllinə nail olmaq üçün real danışıqlar prosesinə daxil ola bilər. Biz inanırıq ki, regionun xalqlarının layiq olduğu məhz budur, biz vəziyyəti belə görürük”, deyə Ceff Ratke bildirib.
Dekabrın 29-da Qarabağda diversiya-casusluq fəaliyyətində ittiham edilən Dilqəm Əsgərov hakimin hükmü ilə ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar irəli sürülən ittihamları qəbul etməyərək, doğma yurdlarına yaxınlarının məzarlarını ziyarət etməyə gəldiklərini deyiblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR