“Adam paxıl olmaz"

“Adam paxıl olmaz
Müğənni Sevda Yahyayeva "ATV Maqazin” verilişinə açıqlama verib.

Vətəninfo.az
-ın Axşam.az-a istinadla məlumatına görə, sənətçi "Deyirlər ki, Sevdanın səsi yoxdur” sualına əsəbiləşib. O, həmkarlarını onun paxıllığını çəkməkdə günahlandırıb:
"Adam paxıl olmaz. Pul verib mahnı ala, klip çəkdirə, onu yayımlaya bilərəm. Ancaq pul verib mahnımı insanlara sevdirə bilmərəm. Bir çox ifalarım hit olub. Mənə belə söz deyənlər kənarda mahnılarımı dinləyir. Nəyisə pisləmək heç də çətin deyil. Müğənni var ki, canlı oxuyanda səsi gözəl çıxır, studiyada isə əksinə. Müğənni də var ki, hər ikisini yaxşı bacarır. Bax həmin ifaçı universaldır. İllər öncə peşəkar bəstəkarımız Vüqar Camalzadə söyləmişdi ki, "Sevda universal müğənnidir”.  Mənim hər kəslə gözəl münasibətim var. Amma yanımda olanlar ən yaxın dostlarımdır”.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az