"Report” bildirir ki, Aeroport yolunda şəhər istiqamətində hərəkətdə olan "Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.
Hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb.
Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.