Həsrətlə gözlədiyimiz baharın ilk günü soyuq və qarlı Moskvada yaşayan şairəmiz Afaq ŞIXLI üçün uğurla və sevinclə başlayıb.
Kövrək şeirlərin, dəyərli publisistik yazıların və maraqlı hekayələrin müəllifi olan Afaq xanım Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Qeyd etmək istəyirik ki, yaxın günlərdə şairənin daha iki yeni: “Dostlarım, mənə də bahar göndərin!” (türk), “Ömrümün beşinci fəsli” (azərb.) adlı kitabları işıq üzü görəcək.
Afaq Şıxlının son şeirlərindən birini oxuculara çatdırmaq istəyirik.
...BIR DƏ, SƏNIN DÖNÜKLÜYÜN
Ruhu itmiş bədən kimi dolaşıram.
Sənsizlikdə
boş yerini doldurmağa çalışıram.
Yeni zinət əşyaları.... təzə paltar...
Evimə də yeni-yeni şeylər alıb,
Hər bir yanı süsləmişəm, yanır par-par.
Gör bir nəylə ürəyimi soyuduram!
Fərqi nədir?
Nə etsəm də, nə alsam da
Otağıma yenə sənsiz qayıdıram.
O axşamdan, məni tamam dəyişiblər...
Həsrət, yalan, bir də sənin dönüklüyün -
əlbir olub ürəyimlə döyüşüblər
Uduzmuşam!
Sənə - dinclik, mənə - zülüm,
Bölüşüblər.
Gələcəyə nə qədər ki, arzu vardı,
Gözümüzə baxa-baxa yox eləyib
Arxamızca gülüşüblər...
Ruhu itmiş bədən kimi dolaşıram.
Ölü olub,
diri kimi görünməyə çalışıram
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR