Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən qayda pozuntuları müzakirə olunub. Qurum 5 komandanı ümumilikdə 6400 manat cərimələyib.
"Xəzər Lənkəran”la qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Rəvan” 1000 manat cərimə olunub. Meydan sahiblərinin qırmızı vərəqə alan oyunçuları Elşən Rzazadə və Adrian Skarlatakenin cəzası eyni olub. Hərəyə 200 manat cərimə olunan futbolçular 1 oyunluq cəza alıb.
Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.
AZAL – "Qarabağ” matçının 82-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə "texniki zona”dan kənarlaşdırılıb. Buna görə 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat xərcə salıb.
"Qəbələ” – "Kəpəz” matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. "İnter”lə qarşılaşmada 5 futbolçusu xəbərdarlıq alan "Zirə”nin də cəriməsi eyni olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL