"Ailəmi dağıdan qadına demək istəyirəm ki..."

Keyxanım obrazı ilə tanınıb sevilən aktrisa Ülviyyə Əliyeva "Zəif qəhrəman" verilişində inanılmaz etiraf edib. Həyat hekayəsini danışan Ülviyyə boşanmasına səbəb olan qadına ismarıc ünvanlayıb:
"Həyatım çətin olub, amma heç nəyi unutmaq istəmirəm. 25 yaşımda həyatım birdən-birə dəyişdi. İki il yarım nişanlı oldum, evləndik.1 il evli oldum. Bir gün gəlib keçmiş həyat yoldaşım dedi ki, daha səni sevmirəm, boşanaq, başqasını sevirəm. Başqası mənim otaq yoldaşım çıxdı. Mən ailəcanlı insanam, heç vaxt ağlıma gəlməzdi ki, ailəm dağıla bilər. Buradan mənim ailəmi dağıdan qadına demək istəyirəm ki, çox sağ ol."


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az