Yanvarın 8-də “AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları”nın yerləşdiyi quyruq hissəsinin Yavan dənizindən çıxarılması cəhdi uğursuzluqla nəticələnib. Bu barədə İndoneziya Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.
“Detik” xəbər portalı xilasetmə dəstəsinin komandirinə istinadla yazır: “Həmin yerdə sualtı axınlar çox güclü olduğuna görə dalğıclar dənizin dibinə çata bilməyiblər”. Bununla yanaşı, əldə edilən məlumatlara görə, təyyarənin həmin hissəsi dağılmayıb və 35 metr dərinlikdə yerləşir. Hava şəraiti sualtı əməliyyatların aparılmasına imkan vermədiyinə görə İndoneziya Silahlı Qüvvələrinin komandanı general Muldokonun rəhbərlik etdiyi əməliyyatlar yanvarın 9-da davam etdiriləcək.
Dalğıclar buna qədər təyyarənin quyruq hissəsindən bir neçə əşya – içərisində su olan butulka, oksigen maskaları götürüblər. Buna baxmayaraq, onlar hələ də “qara qutular”ın yerləşdiyi yeri müəyyən edə bilməyiblər.
Son məlumatlara görə, artıq dənizdən 44 nəfərin cəsədi çıxarılıb.
Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR