Aprelin 29-da Ali Məhkəmədə prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin şikayətinə baxılıb.
Akif Muradverdiyev 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib.
Akif Muradverdiyev məhkəmədə iştirak etməyib. Ali Məhkəmə Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Akif Muradverdiyev 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt – 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR