Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil
müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər
üçün ixtisas seçimi elan edib.
İxtisas seçimi iyulun 30-dan avqustun
11-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər ali təhsil
müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər
ixtisas kodunu qeyd edə bilərlər.
I qrup
üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni
istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas
seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
II qrup üzrə ixtisas seçimində
ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan
dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı
10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət
sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən
və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə
ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni
istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas
seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
IV qrup üzrə ixtisas seçimində
ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan
dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı
10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət
sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən