“Alim kimi peşə fəaliyyətimlə məşğulam"

“Alim kimi peşə fəaliyyətimlə məşğulam
Çoxdandır mətbuatın arayıb-axtarmadığı, heç özü də buna maraqlı olmayan Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov:
"Nə partiyadan kimsə, nə də mən deputatlığa namizədliyimizi verəcəyik” deyən Nizami Süleymanov qarşıdan gələn parlament seçiilərinə maraq göstərmədiyini söyləyib.

O, buna səbəb kimi partiyanın fəaliyyətsizliyini göstərib. "Artıq 70 yaşım var və bu da bəs edir ki, mən siyastlə məşğul olmayım”.

N.Süleymanov hazırda alim kimi peşə fəaliyyəti ilə məşğul olduğunu bildirib.

"Alim kimi peşə fəaliyyətimlə məşğulam və elmi araşdırmalarımı davam etdirirəm”.

Nizami Süleymanov 1992-ci ildə prezidentliyə nazmiəd olaraq Azərbaycandakeçirilən ilk demokratik seçkilərdə iştirak edib. O zaman N.Süleymanov Azərbaycan Ziyalılarının Demokratik İttifaqındanprezidentliyə namizəd irəli sürülmüşdü. Yekun nəticədə 1,017,217 seçicinin səsini qazanaraq 33.8% səslə II yeri tutmuşdu.

Daha sonra o, 1998-il prezident seçkilərində 8%-dan artiq səs toplayaraq 3-cü yeri tutmuşdu.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az