Aliment kifayət etmir, təhsil haqqını kim ödəməlidir? — Ekspertdən AÇIQLAMA

Aliment kifayət etmir, təhsil haqqını kim ödəməlidir? — Ekspertdən AÇIQLAMA
Təhsil haqqının ödənilməsi valideynlər üçün qanunla nəzərdə tutulan vəzifə deyil. Əgər uşaq 18 yaşına çatmayıbsa və valideynlər boşanıblarsa, bir qayda olaraq uşaq ananın himayəsində qalır və ata aliment ödəyir. Lakin çox hallarda alimentin məbləği təhsil haqqını qarşılamaq üçün kifayət etmir".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, bu məsələ yalnız qarşılıqlı razılaşma əsasında həll olunur:

"Hətta valideynlər boşanmayıb, ailə tam şəkildə bir yerdə olsa belə, onların övladlarının ödənişli təhsil haqqını ödəmək kimi məcburi öhdəliyi yoxdur. Əgər maddi imkanları çatmırsa, uşağın seçimində də deyilir ki, ödənişsiz təhsil almaq mümkündür. Buna görə də təhsil haqqının ödənilməsi valideynlər üçün hüquqi vəzifə deyil, yalnız ailə daxilində razılaşmaya əsasən həyata keçirilə bilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az