Alla Puqaçovanın yeni əri?
Rusiyanın şou-biznes dünyası Alla Puqaçovanın əri Maksim Qalkindən imtina etməsi barədə danışır.
Qalkinin xələfi qismində isə hamı məşhur müğənni Dima Bilanın adını çəkir.
İş burasındadır ki, tədbirlərdən birinə gələn Puqaçovanı Maksim yox, məhz Dima Bilan müşayiət edirdi.
Maksim isə həndəvərdə, qısqanclıq dolu gözləri ilə bərkdən gülən arvadına baxırmış. Bu hadisə heç kimin gözündən yayınmayıb.
Xatırladaq ki, Alla Puqaçovanın 55 yaşı, Maksim Qalkinin 39, Dima Bilanın isə 33 yaşı var.