Ukraynanın baş naziri Arseniy Yatsenyuk və Almaniya kansleriə Angela Merkelin görüşü ərəfəsində Almaniya hökumətinin veb səhifələri bir neçə haker hücumuna məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, özünü KiberBerkut adlandıran qrup kanslerin və parlamentin veb səhifəsinə girişə maneə tətbiq etdiklərini elan edib. Hakerlər Berlinin Ukrayna hökuməti ilə əlaqələrini kəsməsini tələb edib.
Veb səhifələrinin girişinə azı bir saat əngəl yaranıb.
Xanım Merkel və Ukraynanın baş naziri təhlükəsizlik və Almaniya hökumətinin Kiyevə yardımının genişləndirilməsi məsələsini müzakirə edib.
Ukraynanın şərqində rusiyapərəst separatistlər aprel ayından muxtariyyətini elan edib. Həmin vaxtdan bu günə qədər azı 4700 insanın münaqişədə həlak olduğu bildirilir.
Tərəflər arasında atəşkəs elan edilsə də, döyüşlər ara-sıra davam edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR