Qırğızıstan prezidenti Milli Məclisdə Azərbaycan türkcəsində danışdı
Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev bu gün Milli Məclisə gəlib. “Vətəninfo.az”ın məlumatına görə, A.Atambayev öncə Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Qırğızıstan prezidenti daha sonra Milli Məclisin deputatları qarşısında çıxış edib. Almazbek Atambayev azərbaycanlı deputatlar qarşısında əvvəlcə Azərbaycan dilində danışıb. Onun bu hərəkəti deputatlar tərəfindən yüksək qarşılanaraq alqışlanıb. A.Atambayev azərbaycanlılarla qırğızların soy-kökünün eyni – türk olduğunu da bildirib.“Biz türkük, bizim atalarımız, babalarınız da türkdür”, - deyən Almazbek Atambayev bildirib ki, tarix türk birliyi yaratmaq üçün şans verib və bundan istifadə etmək lazımdır. "Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Ata-babalarımızın keçdikləri yol keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bu, möhtəşəm "Manas" və "Dədə Qorqud"da da var. Heydər Əliyevin dediyi kimi, "Dədə Qorqud" dərin köklərə malikdir, bizim xalqlarımızın ortaq mədəniyyətidir". Çıxışının sonunda Qırğızıstan Respublikasının prezidenti "Allah Azərbaycanı saxlasın!" deyib. Milli Məclisin sədri Oqtay Əsədov belə çıxışına görə, ona təşəkkür edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR