I Avropa Oyunlarının boks yarışlarında çıxış edən Azərbaycan idmançıları uğurlu göstəricilərə nail olublar. Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən kişilərin yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Albert Səlimov yarımfinalda irlandiyalı Sin Makkomba qalib glərək (3:0) finala yüksəlib. Albert sabah finalda fransız Sofian Omi ilə qarşılaşacaq.
69 kq-da yarışan digər Azərbaycan boksçusu Pərviz Bağırov da yarımfinalda qalib gəlib, o ingiltərəli Coş Kellini udub - 3:0. Boksçumuz sabah saat 18:45-də rusiyalı Aleksandr Besputinlə qarşılaşacaq.
75 kq-da mübarizə aparan Azərbaycan boksçusu Xaybula Musalov macarıstanlı boksçu Zoltan Harksa ilə yarışda 2:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, sabah irlandiyalı Maykl Oreilli ilə qarşılaşacaq.
Ölkəmizi 91 kq çəki dərəcəsində təmsil edən Abdulkadir Abdullayev də yarımfinalda qalib gəlib, o, rusiyalı Sadam Maqomedovu məğlub edib. İdmançımız sabah finalda çıxış edəcək.
Qeyd edək ki, bunlardan öncə daha iki boksçumuz finala çıxmışdı. Sabah Elvin Məmişzadə və Kollazo Sotomayor da finalda Azərbaycana qızıl medal qazandırmağa çalışacaqlar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL