7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası - Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, M.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR