Vətəninfo.az xəbər verir ki, Türkiyənin Kayseri bölgəsində anasını öldürən qız 20 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, anasının onu təhqir etdiyini bildirən qız özünə haqq qazandırmağa çalışıb:“Anamla atam mənim haqqımda danışırdı. Atam “Bir də belə etsə, onu öldürərəm” dedi. Anamla çörək bişirməyə gedəcəkdik. Hazırlıq görəndə mətbəxə getdim. Anam da orada idi. Nə danışdıqlarını soruşdum. Məni təhqir etdi. Mübahisə etdik və mənə şillə vurdu. Əsəblə stolun üstündəki bıçaqla anamı öldürdüm. Əsəbi olduğum üçün neçə dəfə vurduğum yadımda deyil. Həbs olunmaq istəmirəm. Mən özümü tanıyandan ailəmin təzyiqi altındayam. Həmişə mənimlə pis rəftar ediblər. Heç vaxt ailəmdən sevgi görməmişəm”.
Atası Əli Doğmuş isə istintaq zamanı “Məscidə getmişdim. Evə qayıdanda olanlar olmuşdu. Yoldaşımla qızım haqqında danışmamışıq. Mən evdə olanda yoldaşım qızımı heç vaxt təhqir etməyib” -deyib.
Məhkəmə heyəti qərar verəndə şübhəli ağlamağa başlayıb. Ömürlük həbsinə qərar verilən qıza yüngülləşdirici hallar nəzərə alınaraq, 20 il cəza verilib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR