Hər səhər ANS-in efirində canlı yayımlanan "Salam, Azərbaycan!” verilişi dayandırılıb.
Vizual.az Publika.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, həmin proqramın yerinə, tam yeni formatda "Səhər xəbər kanalı” efirə çıxır. Başqa sözlə, 3 saat boyunca ANS-in efirində xəbərlər yayımlanır.
Xatırladaq ki, ötən mövsüm "Salam, Azərbaycan” verilişini Aytən Səfərova aparıb. O, ANS-dən qalmaqallı şəkildə ayrılaraq ATV telekanalına keçib. Sonradan "Salam, Azərbaycan!” verilişini Cəlalə Nəzəroğlu aparsa da, o da efirdə yol verdiyi qüsurlara görə Milli Teleradio Şurası (MTRŞ) tərəfindən tənqid olunub. 10 gün müddətinə efirdən yığışdırılan verilişə görə, ANS-ə 24 min manat cərimə də kəsilib.
Ehtimal olunur ki, "Salam, Azərbaycan!” verilişinin dayandırılmasının səbəbi də məhz budur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL