"Digitimes Research" analitik şirkətinin məlumatına görə, bu ilin ikinci rübündə dünyada planşetlərin tədarükü 45,67 milyon ədəd təşkil edib. Ötən rüblə müqayisədə tədarükün həcmi 10 faiz, illik istifadə isə 15 faiz azalıb.
"iPad" planşetlərinin tədarükündə də azalma müşahidə edilib. Ötən dövrdə "Apple" planşetlərinin tədarükü 10,3 milyona bərabər olub. Yaxın gələcəkdə "Apple" mövcud "iPad mini" modelini istehsaldan çıxaracaq və bu ilin dördüncü rübünün əvvəlində yeni model təqdim edəcək.
Bildirilir ki, digər brend istehsalçılar aprel-iyun aylarında ümumilikdə 18,86 milyon planşet tədarük edib ki, bu da ötən rübün göstəricisindən 7,4 faiz azdır. İri planşet istehsalçıları reytinqində "Samsung Electronics" və "Lenovo" şirkətləri "Apple"dan sonra ikinci və üçüncü yeri tutur. "Microsoft" korporasiyası isə "Surface" planşetlərinə yüksək tələbat fonunda dördüncü yerə yüksəlməyə nail olub.
Vətəninfo.az-ın məlumatına görə AZƏRTAC "DailyComm" saytına istinadla xəbər verir ki, ekspertlərin fikrincə planşetlərin tədarükündə azalmaya səbəb bir sıra əsas bazarlarda valyutaların ABŞ dollarına nisbətdə məzənnəsinin aşağı düşməsidir.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri