Cinayəti törədən şəxs 1980-ci il təvəllüdlü Rüfət Məmmədovdur.
O, ali təhsilli həkimdir. Bakının bir neçə məşhur klinikasında həkim vəzifəsində çalışıb. Son bir neçə aydır ki, narkotik aludəçisidir və cinayəti də məhz bu səbəbdən törətdiyi bildirilir.
Rüfət Məmmədov həmçinin bir neçə il əvvəl məşhur "Maşın şou" proqramında fəaliyyət göstərən həkim komandasının üzvü olub.
Hazırda onun tutulması üçün axtarış aparılır.
* * *
Bakıda aptek işçisinə hücüm edilib.
Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, hadisə Sabunçu rayonu, Mehdiabad qəsəbəsi, "Yeni məhəllə" ərazisində qeydə alınıb.
Belə ki, Davud Vəliyevin işlədiyi aptekə müştəri gəlib. Həmin müştəri satıcıdan psixotrop və narkotik tərkibli dərmanlar istəyib. Satıcı isə həmin dərmanların yalnız həkimin göstərişi olan reseptlə satıldığını bildirib. Mübahisə zamanı müştəri özü ilə gətirdiyi balta ilə satıcı D.Vəliyevə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 15-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirir.
“Qafqazinfo”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR