Arda qol vurub səcdə etdi- FOTO

Arda qol vurub səcdə etdi- FOTO

"Barselona"nın futbolçusu Arda Turan Kataloniya təmsilçisində ilk qol sevincini söz verdiyi şəkildə qeyd edib.

Türk yarımmüdafiəçi bundan əvvəl açıqlamasında qeyd etdiyi kimi ilk qolunu vurduqdan sonra meydanda diz çökərək səcdə edib.

Qeyd edək ki, La Liqanın 27-ci turunda  "Rayo Valyekano" ilə matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona səhvən sarı vərəqə əvəzinə qırmızı vərəqə göstərib. Səhvini anlayan referi daha sonra qərarını dəyişərək Ardanı sarı vərəqə ilə cəzalandırıb. Oyunun 86-cı dəqiqəsində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb.

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az