Bir çox ölkələrdə məşhur olan "The voice” yarışması bu gündən etibarən AzTV-də "Səs Azərbaycan” adı ilə başlayacaq. Azərbaycan tamaşaçıları bu yarışmanı daha çox Acun İlicalının müəllifi olduğu "O səs Türkiyə”dən tanıyırlar. Demək olar ki, sözügedən layihədə bir çox həmyerlilərimiz iştirak edib. Ötən il isə Elnur Hüseynov "O səs Türkiyə”nin qalibi olub.
Vizual.az xəbər verir ki, "Qafqazinfo” bu dəfə Azərbaycanda reallaşan mötəbər yarışma ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, AzTV rəhbəri Arif Alışanov "Səs Azərbaycan” layihəsini kürəkəni Xəyal Qayıbova tapşırıb. Ötən həftə yarışmanın tanıtım buraxılışında da gənc kürəkən layihə rəhbəri kimi çıxış edib.
Qeyd edək ki, Arif Alışanovun digər kürəkəni Orxan Əkbərov nurçu qalmaqalında gündəmə gəlmişdi. O, "Nurçu”luqda ittiham olunan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq rəhbəri Elnur Aslanovun sağ əli hesab olunurdu.
Xatırladaq ki, məşhur yarışmalara qohum göndərmək ənənəsindən İTV-nin eks rəhbəri İsmayıl Ömərov da istifadə etmişdi. Belə ki, o, bir az da irəli gedərək nəvəsi Ömər Sultanovu Azərbaycanı uşaq "Eurovision” müsabiqəsində təmsil etmək üçün seçmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL