Azərbaycan Respublikası Nazirlər Kabineti "Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nı təsdiq edib.
Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları.
3. Azərbaycan Respublikasınыn Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları.
4. Müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları(Trend).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL