Vətəninfo.az xəbər verir ki, Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əfqan Fərman oğlu Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1(bir) ədəd "BlackBerry" markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.
Qeyd edək ki, Əfqan Almaz-zadə Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilib. Fakt üzrə araşdırma aparılır.




Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR