Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlaması və gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər Astara rayon sakini saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, Astara RPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, saxlanılan şəxslərdən - Astara şəhər sakini, 1970-ci il təvəllüdlü Gülxan Zabitağa oğlu Əliyevdən bir ədəd naqan tipli odlu və bir ədəd pnevmatik silah, 700 qram narkotik vasitə olan heroin, 1 kiloqram tiryək və 100 qram narkotik vasitə olan “Anfetamin”, eyni zamanda Astara rayonunun Ərçivan və Şahağacı kənd sakinləri Ələddin Aydın oğlu Məmmədovdan, İqrar Nəriman oğlu Mirzəyevdən, Akif Boyli oğlu Nuriyevdən, Rəvan Allahverdi oğlu Rüstəmovdan, Abuzər Xandadaş oğlu Əhədovdan müxtəlif növdə və müxtəlif miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
Eyni zamanda onlarda 460 qram həşiş qətranı, bir ədəd maska aşkarlanıb.
Adları göstərilənlər şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR