Azərbaycanın Astara rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanın başına küt alətlə zərbələr endirib, daha sonra ürək nahiyəsinə bıçaqla zərbələr vurub. Qadın hadisə yeridnə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törətmiş İ.Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
A.Nurullayevanın meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə aparılıb.
İlkin versiya kimi qətl hadisəsinin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR