Avropa Liqası: “Qarabağ” bu gün sonuncu oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ” bu gün sonuncu oyununu keçirəcək

Dekabrın 12-də "Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.

"Miq.Az" bildirir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun "Düdelanj” komandasını qəbul edəcək.

Xatırladaq ki, E qrupunda İspaniyanın "Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan "Qarabağ” rəqibini 1 xalla qabaqlayır.

Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bugünkü matç saat 21:55-də start götürəcək.

Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohverdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az