Vətəninfo.az ANS PRESS-ə əsasən xəbər verir ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Qitənin ikinci dərəcəli klub turnirində bütün qarşılaşmalar eyni gündə baş tutub.
Oyunlar arasında daha çox maraq doğuran matç "Lion" - "Yuventus" qarşılaşması olub. Fransada “Lion” adlı-sanlı “Yuventus”u qəbul edib və "qoca sinyora" bu oyunda minimal hesabla qələbə qazanıb.
Bu mərhələdə hərəyə iki komanda ilə təmsil olunan İspaniya ilə Portuqaliyanın klublarının öz aralarındakı dueli də baş tutub. İspaniya təmsilçisi "Sevilya" səfərdə "Portu" ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub.
Digər oyunlarda isə "Benfika" səfərdə "AZ Alkmaar"ın qonağı olub və 1:0 minimal hesabla qələbə qazanıb. "Bazel" öz meydanında zəif təsir bağışlayan "Valensiya"nı 3 cavabsız qolla məğlub edib - 3:0.
Xatırladaq ki, komandalar arasında cavab oyunları aprelin 10-da keçiriləcək.
Avropa Liqası, 1/4 finalın ilk oyunları
“Porto” (Portuqaliya) – “Sevilya” (İspaniya) - 1:0
Qol: Mangala, 31
“Az Alkmaar” (Hollandiya) – “Benfika” (Portuqaliya) - 0:1
Qol: Salvio, 48
“Lion” (Fransa) – “Yuventus” (İtaliya) - 0:1
Qol: Bonucci, 85
“Bazel” (İsveçrə) – “Valensiya” (İspaniya) - 3:0
Qol: Dalgado, 34; 38; Stocker, 90
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR