Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz finala vəsiqə əldə edib.
Vətəninfo.az "Trend"ə istinadla xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.
Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdıan biri - 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qatılıb.
O, yarımfinalda Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Adlı-sanlı paracüdoçumuz rəqibinə heç bir dəqiqə də tamami üzərində qalmaq şansı verməyib. Paracüdoçumuz azarkeşlərin gur alqış sədaları altında yunan idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək adını yarışların finalına yazdırıb.
İlhamın finaldakı rəqibi Oleksandr Pominov olacaq.
Həmin çəkidə digər təmsilçimiz Zakir Mislimov isə 1/4 final mərhələsində ukraynalı rəqibinə məğlub olduğundan bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. Burada o, fransalı rəqibinə qalib gələrək 3-cü yer uğrunda görüşə çıxmaq hüququ əldə edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL