Bir zamanlar yaxın dost olmuş Aygün Kazımova və Nadir Qafarzadənin daha sonra bir-birinə düşmən kəsilməsi heç kimə sirr deyil. Hətta verilişlərdən birində Nadir Qafarzadə deyib ki, Aygün Kazımova onun adını çəkmək istəmir. Lent. az-ın məlumatına görə, bu barədə “Pərdə” verilişində prodüser Tolik (Tarix Əliyev) də danışıb. Tolik Aygünün Nadirə qarşı kinli olmadığını iddia edib.“Pərdə” verilişində Aygün Kazımova əlində oyuncaq tutaraq şən əhval-ruhiyyə ilə Nadir Qafarzadə ilə bağlı sualı cavablandırıb: “bilmirəm bütün bunlar Nadirin ürəyinin təmizliyindəndir ya mənə olan böyük sevgisindəndi?! Amma danışanda səhv buraxma, yaxşı? İstəsə lap konsertimə də gəlsin, səhnəyə də çıxsın, gül versin, kameralar da çəksin. Qurbandır mənim kameralarım ona” deyərək mesajını göndərib. A. Kazımovanın ismarışları bununla bitməyib. O, tez-tez küsüb- barışdığı Faiq Ağayevdən də danışıb: “Bu günlərdə ad günü məclisində idim. Bunu Faiq balaca bir qız üçün təşkil etmişdi. Mən də yarım saat ərzində orda iştirak etdim. Bütün mahnılarımı Faiq üçün oxudum. Faiq mənim yaxın dostumdur, onu çox istəyirəm. Biz illərin sınağından keçən dostlarıq. Bir sözlə Faiq mənim üçün əvəzolunmazdır”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR