Aygün: "Hər hoqqadan çıxmışam"
Xalq artisti Aygün Kazımova "Onlar” verilişinə açıqlama verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, müğənni yeni imicindən bəhs edib.
A.Kazımova ünvanına deyilən, "Özünü Ledi Qaqaya və Niki Minaja bənzədir” iddialarına cavab verib:
"İlk
dəfə 2001-ci ildə saçlarımı göy rəngə boyamışdım. Ona görə də mən özümü
dünya ulduzlarına bənzətmirəm. Bu il çəhrayı, yaşıl, göy rəng dəbdir.
Saçları belə rəngə boyamaq isə əsl risk idi. Hər adam bunu daşıya
bilməz. Seçilən ulduzlar belə rəngə boyaya bilər. Elə bir hoqqa yoxdur
ki, ondan çıxmayım. Evdə oturmuşdum, düşündüm və saçımı belə rəngə
boyamaq qərarına gəldim. Ustaya deyəndə, riskli olduğunu bildirdi. Həmin
an dedim ki, mütləq belə olacaq. Axı riski sevirəm”.