Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsinə dair qaldırdığı iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, Natavan Həbibinin vəkili Fərid Həsənovun Publika.az-a verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin son qərarına əsasən Aygün Kazımova Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu haqqında yaydığı yalan məlumatları təkzib etməli və işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəməlidi.
Məhkəmədən dərhal sonra Publika.az-a açıqlama verən Natavan deyib ki, neçə illərdi Aygün Kazımovanın şər və böhtanlarına dözür. "Amma ona cavab vermədiyimdən istifadə edərək ailəmə də şər atdı", deyən müğənni həmkarına mesaj ünvanlayıb: "Bir daha deyirəm sən nə sənətdə, nə də dövlətin qanunları ilə mənə qalib gələ bilməyəcəksən. Çünki qanun haqqın tərəfindədi. Dəfələrlə mənim erməni olmağım barədə yalan danışmısan. Xalqımızı öz yalan və böhtanlarına inandırmağa çalışmısan. Ancaq xalqımız ağı qaradan seçməyi bacarır və sənin yalanlarına inanmır. Bir daha mənə qalib gəlmək haqqında düşünmə. Yadında saxla ki, düz həmişə əyrini kəsir. Mən düzəm", - deyə Həbibi əlavə edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR