“Ayın 1-də yazırsan, 31-də cavab gəlir” - YAP-çı deputat narazıdır

“Ayın 1-də yazırsan, 31-də cavab gəlir” - YAP-çı deputat narazıdır

"Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilir? Bununla bağlı normativ hüquqi aktlara bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin”.

Miq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, əndirəbadi cəhət odur ki, ayın 1-də məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər: Sezar pizza

"Məsələn, səbəb torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, məsələ nədir və şikayətçi də rahat olsun. Xahiş edirəm ki, bu məsələyə ciddi münasibət bildirsin”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın təklifinə münasibət bildirib: "Əslində iki həftə ərzində məktuba cavab olur, hansısa araşdırmalar lazımdırsa, 30 gün olur. Hansı məktublarınıza cavab verilməyibsə, xüsusilə bu məsələ ilə məşğul olaq. Siz komitə iclasında da bu məsələni qaldırmışdınız və mən dərhal bu məsələ ilə məşğul oldum. Mənə deyilən o idi ki, belə bir məktub yoxdur. Əgər siz sonra məktub yazmısınızsa və cavab gəlməyibsə, mütləq bu məsələ ilə mən məşğul olacam”. (APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az