Gənc musiqiçimiz Azərbaycanı uğurla təmsil edir
Finlandiyada yaşayan kiçikyaşlı soydaşımız Aylin Cabbarlı populyar fin pop müğənnisi Diandra Floreslə eyni səhnəni bölüşüb. Gənc sənətçi artıq ikinci dəfədir ki, balaca həmyerlimizi öz konsertinə dəvət edir. Birincisi Finlandiyanın Vanta, ikincisi isə Numella şəhərində keçirilmiş və mindən çox tamaşaçının iştirak etdiyi konsertlərdə Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb. Aylin Cabbarlı həmyaşıdları ilə birgə konsertdə iki mahnı ifa edib. Konsertin sonunda tamaşaçılar Diandra Floreslə yanaşı, Aylin Cabbarlıdan da imza istəyib. Diandra Flores yaxın gələcək üçün nəzərdə tutulmuş konsertlərində Aylinlə birgə çıxış edəcəyinə söz verib.
12 yaşlı Aylin Cabbarlının ailəsi 10 ildən çoxdur ki, Finlandiyanın Espoo şəhərində yaşayır. Musiqi dərslərini anası Ulviyyə Cabbarlıdan alan Aylin AzərTurk Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun üzvüdür. Bu ilin oktyabrında Finlandiyada keçirilən “Uşaqların səsi” musiqi yarışmasına qatılan Aylin Cabbarlı yarımfinaladək uğurla çıxış edib. Balaca həmyerlimiz musiqi müsabiqəsinin münsiflər heyətində olan Diandra Floresin komandasında yarışmışdı.
Vətəninfo.az



Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR