Gənc müğənni Aytac Vidadiqızının ifa etdiyi "Sevirəm" mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib.
İfaçı mahnısının seviləcəyinə əmin olduğunu bildirib.
"Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşu gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər.
Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vasitəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Dedim, klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm".
Aytac şeyxin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də bildirdi.
"Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm".
Aytac Vidadiqızının "Sevirəm" mahnısı üçün çəkilən ərəb üslubunda olan fotosessiyasını təqdim edirik. Vizajist Anar Ağakişiyev, fotoların müəllifi isə Niko Abbasovdur.
Milli.Az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat