“Hormonal dərmanlar məni...”
ANS-in aparıcısı Aytən Səfərova kökəlməyinin səbəbini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, “İncə+” verilişinin qonağı olan aparıcı heç vaxt pəhriz saxlamadığını deyib.
“Heç vaxt hədsiz arıq olmamışam. Amma belə kök də deyildim. Hamiləliyimin ikinci mərhələsini çox ağır keçirdim, yemək yemirdim, bütün günü sistem altında qalırdım. Hormonal dərmanlar məni belə kökəltdi. Mənə belə xoşdur. Heç vaxt pəhriz saxlamamışam. Gündə bir düyü, bir noxud yeyib, aqressiv dolaşmaq mənə lazım deyil. 6-cı mərtəbədə yaşayıram, hər gün pilləkənlə düşüb-qalxıram.
Kimsə “Niyə arıqlamırsız?” sualını verəndə isə cavabım belə olur: Şəxsi işimdir, sənin dədənin çörəyini yemirəm ki... Mənim dərdimi çəkən gedib başını divara döysün. Mən kök deyiləm, normal xanımam. Sevmək və sevilmək üçün bədən ölçüsü önəmli deyil. Əsas qadının maraqlı olmasıdır. Gözəllikdən 40 gün sonra doyurlar, amma gözəl xasiyyətdən yox”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR