Vətəninfo.az xəbər verir ki, Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib. Belə ki, Bərdə rayon sakini 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.
Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır. Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparır.
Vətəninfo.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?