Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Junla görüşüb.
Nazirliyin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, görüşdə noyabrın 13-də Bakıda start götürəcək Kompüter oyunları üzrə VI Dünya çempionatı ətrafında müzakirələr aparılıb.
A. Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini, bu sahədə nazirlik tərəfindən hər il respublika üzrə yarışların keçirildiyini, Bakının BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini bildirib: “Ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”.
Öz növbəsində B. Jun bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq ayırır: “Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq Kompüter oyunları üzrə VI Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR