Futbol üzrə Topaz Premyer Liqasının beşinci turunun "İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarında 100-cü dəfə məğlub olub.
Peşəkar Futbol Liqasından bildiriblər ki, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb. Hesabında 113 qələbə və 90 heç-heçə olan bakılılar həm də antirekorda imza atıblar. Belə ki, AZAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.
AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL