Azay Quliyev 7-ci mikrorayon sakinləri ilə görüşdü
8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin
deputatlığına namizəd Azay Quliyevin Seçki
Qərargahının Mətbuat Xidmətindən daxil olan məlumata görə,8 saylı Binəqədi birinci seçki dairəsindən
deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mkr. A.Kunanbayev küçəsinin
sakinləri ilə görüşüb. Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi
aparılıb. Çıxış edən seçicilər Azay Quliyevi xüsusilə beynəlxalq təşkilatlarda
Azərbaycanı layiqli təmsil edən deputat kimi tanıdıqlarını, gələcək fəaliyyətində də onu məhz bu sahədə daha fəal
görmək istədiklərini bildiriblər. Söz alan seçici bildirib ki, Azay Quliyev
Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edir.Seçicilər həmçinin,
yaşadıqları əraziyə xas olan məsələləri deputatlığa namizədin diqqətinə çatdırıb,
bəzilərinin həllinə köməklik göstərməsini xahiş ediblər.Milli Məclisdə qəbul
edilmiş "İctimai iştirakçılıq haqqında” Qanunun müəllifi olduğunu xatırladan
A.Quliyev bildirib ki, bu qanun əsasında ölkədə ilk "İctimai şura” məhz
Binəqədi rayonunda yaradılıb. Qeyd edib ki, seçicilərin dəstəyi ilə yenidən deputat
seçildikdən sonra onları narahat edən məsələlərin həllində rayonun "İctimai
şura”sı ilə sıx əməkdaşlıq şəraitində çalışacaq. Görüşdə çıxış edən seçicilər 1
noyabrda Azay Quliyevə səs verəcəklərini bildiriblər.Qeyd edək ki, 15 oktyabrda
Azay Quliyevin seçicilərlə növbəti görüşü saat 18.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a
ünvanında keçiriləcək.