Bu gün Gəncədəki HeydərƏliyev Mərkəzində"Neonatologiyanın son nailiyyətləri” mövzusunda iki günlük beynəlxalq konfrans öz işinəbaşlayıb. Azərbaycanın tanınmış həkimləri iləyanaşı, Türkiyənin EGE Universitetinin professor vəmüəllimlərinin dəiştirak etdiyi konfransdanəvvəl iştirakçılar ümummilli lider HeydərƏliyevin abidəsini ziyarət edərək, önünəgül dəstələri qoyublar.
Azərbaycanın şəhər vərayonlarında bu sahədəçalışan aparıcı həkimlərin iştirak etdiyi konfransı Gəncəşəhər səhiyyəidarəsinin rəisi, tibb elmləri doktoru, professorƏlikram Məmmədov açaraq neonatologiya sahəsindəçalışan aparıcı mütəxəssislərinəldəetdikləri son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinəhəsr edilmiş beləbir mötəbər tədbirin Gəncədəkeçirilməsini şəhər sakinləri üçünəlamətdar hadisəadlandırıb.

GəncəŞəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Azərbaycan səhiyyəsindəaparılan islahatlardan, bu islahatlar nəticəsindəqazanılan uğurlardan danışaraq diqqətəçatdırıb ki, ölkəbaşçısının insanların can sağlığının qorunması istiqamətindəverdiyi tapşırıq vətövsiyələrəuyğun olaraq Gəncədədəbir sıra işlər həyata keçirirlib. Yeni vəən müasir tələblərəcavab verən səhiyyəocaqları yaradılıb, köhnələr isəəsaslı şəkildəyenidən qurulub. Artıq demək olar ki, insanlarəlavəxərc çəkmədən yaşadıqları şəhərdəyüksək səviyyəli səhiyyəxidmətindən istifadəedirlər.

Sonra Azərbaycanda tanınmış pediatr, tibb elmləri doktoru İbrahim İsayevin, Türkiyənin EGE Universitetinin tibb fakültəsinin professoru Mehmet Yalazın, dosent doktor Özge Altun Köroğlunun, uzman doktor CəmaləMəmmədovanın vədigər mütəxəssislərin məruzələri dinlənilib. Konfransda yenidoğulmuşların orqanizmindəmüşahidəedilən xəstəliklərin vəonun müalicəsindəki təcrübələrin, bu sahədəelmi araşdırmaların nəticələriətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq konfrans sentyabrın 20-dəöz işini davam etdirəcək.
