“Azəryolservis” ASC yayılan məlumatı təkzib etdi

“Azəryolservis” ASC yayılan məlumatı təkzib etdi

"İşlədikləri təqdirdə əmək haqları almayan "Azərinşaatservis” MMC-nin işçilərinin etiraz aksiyası keşirməyə hazırlaşmaları barədə məlumatlar məqsədli şəkildə bir sıra mətbu orqanlara ötürülüb. Guya şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər.

Lakin işlədikləri şirkətin deyil, məhz "Azəryolservis” ASC-nin baş ofisinin qarşısında.” Bu barədəBizimxeber.az-ın elektron ünvanına gondərilən məlumatda qeyd olunur.

Məlumatda bilidirlir ki, bəzi qüvvələr idarəolunan mətbuat mirzələrinə qərəzli xəbərlər ötürərək, həm "Azərinşaatservis” MMC-nin işçilərindən, həm də bu saytlardan, qəzetlərdən istifadə etməyə çalışırlar.

Qeyd edək ki, "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti sifarişçidir. Səhmdar Cəmiyyət müəyyən sifarişlərə uyğun olaraq podratçı şirkətlərlə müqavilələr imzalayır. Bu şirkətlər isə layihələri həyata keçirir. Həmin şirkətlərdən biri də "Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Məsələ ilə bağlı "Azəryolservis” ASC-dən Bizimxeber.az-a bildirilər ki, müqavilələrə əsasən həmin şirkətə həm ASC, həm də digər dövlət qurumu tərəfindən görülən işlər müqabilində müəyyən ödəmələr həyata keçirilib.

"Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən əməkhaqqı tələb etmələri absurddur. Çünki "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti sifarişçi dövlət qurumu, "Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyəti isə özəl şirkətdir. MMC podratçı şirkət olduğundan onunla müqavilə imzalanıb və görülən işlərə uyğun olaraq ödənişlər həyata keçirilib.

Həmin səbəbdən də işçilər əmək haqlarını rəhbərlikdən tələb etməlidir. "Azəryolservis”dən bildridilər ki, "Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq şəxsləri "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qəbul edilib və həmin şəxslərin şikayətləri dinlənilib. Onlara izah edilib ki, bu ödəmə MMC-nin öz rəhbərliyi tərəfindən ödənilməlidir. Lakin bununla belə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti məlumatlandırma ilə bağlı müəyyən köməkliyi etməyə hazırdır.

Lakin "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən və başqa dövlət qurumu tərəfindən "Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərin həyata keçirilməsinə baxmayaraq, MMC-nin işçiləri "Azəryolservis”in binası qarşısına toplaşıblar. MMC əməkdaşları nə üçün "Azəryolservis”in qarşısına toplaşıblar – bu aydın deyil.

Əslində isə "Azəryolservis”in bu məsələlərə aidiyyəti yoxdur. Bütün bunlar onu göstərir ki, bəzi qüvvələr MMC-nin işçilərini təhrik edir, onlardan çirkin maraqların təmin etmək üçün yararlanmağa çalışırlar. Hansısa dairələr müqavilə şərtlərindən xəbərsiz, məlumatsız olan işçiləri qızışdıraraq onları "Azəryolservis”ə qarşı qaldırmağa çalışsalar da, bütün bunlar faydasızdır. Və belə dairələrin çirkin niyyətlərini ortaya qoyur. Başqa sözlə desək, bir sıra qüvvələrin "Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərini qızışdırmaları cəhdi yolverilməzdir. Təəssüf ki, hansısa dairələrin çirkin maraqlarının qurbanına çevrilmiş, həmin şəxslərin əllərində adi alətə çevrilmiş bəzi üzdəniraq mətbuat orqanları bütün bunları əllərində bayraq edərək dezinformasiyalar yayır, yalan və böhtanları tirajlayırlar. Bütün bunların "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur”.

Maraqlıdır, görəsən çirkin vasitələrə əl atan bəzi qüvvələrin əlaltılarına çevrilən mətbu orqanları bu məsələdə nə üçün "Azərinşaatservis”in yox, "Azəryolservis”in adını çəkirlər?



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az