Bu il mayın 24-də İran İslam Respublikasında Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq. Bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq.
Bu fikri ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının (İRTT) xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri deyib. M.Əxgərinin sözlərinə görə, İRTT dünyanın müxtəlif dillərində radio-televiziya kanallarının yayımı ilə məşğuldur: “İRTT tərəfindən yayımlanan 31 radio-televiziya kanalından 6-sı televiziya kanalıdır. Bu televiziya kanalları müxtəlif proqramları yayır: bəziləri xəbər, bəziləri isə kinofilmlərin nümayişini həyata keçirir. Yeni televiziya kanalının əsas məqsədi hər iki ölkənin müştərəkliyinə və əlaqələrinin daha da yaxınlaşdırılmasına xidmət etməkdir. Çox istərdik ki, bu kanal Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlansın”.
M.Əxgəri yeni kanalın fəaliyyətə başlaması münasibətilə İranda açılış mərasiminin təşkil olunacağını qeyd edib.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR